Vaşinqton: “İranla danışıqlar uğurlu ola bilər”

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Brus dünən Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, Amerika İranla nüvə danışıqlarının uğurlu ola biləcəyinə inanır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "Açıq şəkildə deyirəm ki, biz uğur qazanacağımıza inanırıq. ABŞ uğur əldə etmək imkanının olduğunu düşünməsəydi, danışıqların beşinci raundu baş tutmazdı”, - deyə, sözçü vurğulayıb.
Onun sözlərinə görə, ABŞ İranın öz sərhədləri daxilində nüvə silahı əldə etməməli və ya uranı zənginləşdirməməli olduğunu açıq şəkildə bildirib.
11:23 23.05.2025
Oxunuş sayı: 847