Aİ Macarıstanın səsvermə hüququnu əlindən almağı müzakirə edəcək

Aİ Şurası sammitin gündəliyinə uyğun olaraq, mayın 27-də Macarıstanın Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Şura, Aİ-nin əsasını qoyduğu dəyərlərin ciddi şəkildə pozulması riski olduqda, dövlətin Aİ-də səsvermə hüququndan məhrum edilməsinə imkan verən Aİ Müqaviləsinin 7-ci maddəsinin Macarıstana tətbiqi imkanlarını müzakirə edəcək.
09:55 23.05.2025
Oxunuş sayı: 831