İran XİN: “Əgər ABŞ bizi nüvə enerjisi hüququndan məhrum etsə, razılaşma olmayacaq”

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, “amerikalılar İranı “dinc nüvə enerjisi” hüququndan məhrum etmək istəsələr, Tehran bununla razılaşmayacaq”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, məqsəd İranın nüvə silahı əldə etməməsinin qarşısını almaqdırsa, buna nail olmaq olar, “çünki İslam Respublikası prinsipcə nüvə silahına can atmır”.
XİN rəhbəri vurğulayıb ki, Tehran mütəmadi olaraq İran-ABŞ danışıqları baradə qonşu ölkələrlə də məsləhətləşmələr aparır.
09:50 23.05.2025
Oxunuş sayı: 735