Putin: “Sərhədin qorunması üçün Ukrayna ilə tampon zona yaradılır”

Rusiya Prezidenti Vladimir Putin, Ukrayna ilə sərhəd boyunca Rusiya ordusunun təhlükəsizlik məqsədilə tampon zona yaradacağını açıqlayıb.
Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva şəhərində hökumət rəsmiləri ilə keçirilən görüşdə çıxış edən Putin, Ukraynanın pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək “terror hücumları” təşkil etdiyini bildirib.
“Düşmən əsasən mülki obyektləri, yaşayış evlərini və insanları hərbi baxımdan əhəmiyyəti olmayan hədəfləri seçir. Hazırkı vəziyyət bu sözlərimi təsdiqləyir. Ukrayna ordusu PUA-larla təcili yardım maşınlarına və kənd təsərrüfatı texnikasına da hücum edir”, – deyə Rusiya lideri vurğulayıb.
Putin, xüsusilə Bryansk, Kursk və Belqorod bölgələrinin bu hücumlardan təsirləndiyini bildirib.
Sərhəddə təhlükəsizliyin təmin olunması üçün Rusiyanın hərbi qüvvələrinin tədbirlər gördüyünü deyən Putin, “Sərhəd boyunca təhlükəsiz bir tampon zonanın yaradılması qərara alınıb. Silahlı qüvvələrimiz hazırda bu tapşırığı yerinə yetirir”, – deyə qeyd edib.
Mədinə Cəlilova
03:00 23.05.2025
Oxunuş sayı: 844