"Politico": "İranda həbsdə olan çinli ABŞ dövlət katibinin baş müşaviri olub”

Prinston Universitetinin tədqiqatçısı və İranda keçmiş məhbus Xiyue Vanq ABŞ Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosunda İran məsələləri üzrə baş məsləhətçi kimi işə başlayıb.
Crossmedia.az xəbər verir ki , bu barədə “Politico” nəşri məlumat yayıb.
Xiyue Vanq 2016-cı ilin yanvarında Prinston Universitetində tarix üzrə doktorant olarkən Qacarlar sülaləsini araşdırmaq üçün İrana səfər edib. O, həmin ilin yayında casusluqla ittiham edilərək saxlanılıb. Vanq 2017-ci ildə 10 il həbs cəzasına məhkum edilib.
Çinli akademik daha sonra Tehran Universitetinin kitabxanasından məxfi sənədələrə giriş əldə etmək üçün minlərlə dollar ödəməkdə və 4500 səhifəlik rəqəmsal sənədlərin surətini çıxarmaqda günahlandırılıb. O, 2019-cu ildə ABŞ-nin İrana qarşı sanksiyalarından yayındığı üçün saxlanılan iranlı kök hüceyrə tədqiqatçısı Məsud Süleymaninin azad olunması müqabilində sərbəst buraxılıb.
19:26 22.05.2025
Oxunuş sayı: 658