Ərdoğan: Mən yenidən seçilmək niyyətində deyiləm , amma Türkiyənin yeni konstitusiyaya ehtiyacı var

"Yenidən namizəd olmaqda maraqlı deyiləm".
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Macarıstandan dönərkən jurnalistlərə müsahibəsində deyib.
"Biz yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik", - o qeyd edib.
Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci il mayın 14-dən gec olmayaraq keçirilməlidir.
17:45 22.05.2025
Oxunuş sayı: 605