Vaşinqtonda öldürülən İsrail səfirliyi əməkdaşlarının adları açıqlanıb

İsrailin Xarici İşlər Nazirliyi Vaşinqtonda terror hücumu nəticəsində öldürülən İsrail səfirliyi əməkdaşlarının adlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV-lər yazıb.
Hadisə nəticəsində Yaron Lisinski və Sara Milqrim həyatını itirib.
İsrailin ABŞ-dəki səfiri Yexiel Layter bildirib ki, Yaron və Sara yaxın günlərdə nişanlanmağı planlaşdırırdı. Onlar hadisə baş verən anda Vaşinqtonun mədəniyyət mərkəzində axşamlarını birlikdə keçirirdilər. Səfirin sözlərinə görə, Yaron bu həftə nişan üzüyü alıb və gələn həftə Yerusəlimdə evlilik təklifi etməyi düşünürdü.
Qeyd edək ki, diplomatik mənbələrin verdiyi məlumata əsasən, Sara Milqrim ABŞ vətəndaşı olub və İsrail səfirliyində çalışırmış. Yaron Lisinski isə səfirliyin ştatlı əməkdaşı idi.
Hücum zamanı səfir Layter hadisə yerində olmayıb.
Xumar Emilqızı
15:12 22.05.2025
Oxunuş sayı: 643