Ermənistanda ordu xidmətindən yayınma üçün rəsmi ödəniş mexanizmi təklif olunub

Ermənistan hökuməti, hərbi xidmətə çağırış yaşında olan şəxslərin ordudan yayınmaları üçün rəsmi ödəniş etmələrini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Qeyd edək ki, qanun layihəsinin müəllifi hakim “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Ayk Sarkisyandır. Hökumət onun hazırladığı layihəyə bir sıra dəqiqləşdirmələr əlavə edib.
Yeni təklifə əsasən, 1 aylıq (minimum müddətli) hərbi xidmət üçün təxminən 62 min ABŞ dolları ödənilməsi nəzərdə tutulur. Yalnız təlim hissəsində keçiriləcək 4 aylıq xidmət üçün isə ödəniş 46 min dollar civarındadır.
Bildirək ki, qanun layihəsində digər bir müddəaya görə, 16 yaşına qədər Ermənistan vətəndaşlığından çıxmaq istəyənlər üçün 39 min dollar rüsum tətbiq ediləcək. Həmçinin, çağırış yaşına qədər və ya çağırış dövründə Ermənistan vətəndaşlığı alan əcnəbilər ya 12 aylıq hərbi xidmət keçməli, ya da 6 min dollardan artıq məbləğdə ödəniş etməlidirlər.
Təkliflər arasında çağırış yaşının yuxarı həddinin 27-dən 32-yə qaldırılması da yer alır.
Xumar Emilqızı
14:45 22.05.2025
Oxunuş sayı: 646