İsrail və Türkiyə bu mövzuda razılığa gəldi

İsrail və Türkiyə Bakıda danışıqlardan sonra Suriyada qüvvələr arasında hərbi münaqişənin qarşısını almağa kömək edəcək bəzi əsas prinsiplər üzərində razılığa gəliblər.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
İsrail Suriyanın cənubunun silahsızlaşdırılmış zona olaraq qaldığını israr etdiyi halda, Suriyadakı əməliyyatları idarə etmək üçün Azərbaycan vasitəsilə iki ölkə arasında koordinasiya “xətti” yaradılıb.
Danışıqlarda iştirak edən mənbə bildirib ki, İsrailin hava hücumundan müdafiə sistemləri və ya İsrailin hərəkətlərini izləyə bilən radarları olmadığı müddətcə, İsrail Türkiyə quru qüvvələrinin, məsələn, piyada və zirehli texnikanın mövcudluğuna qarşı deyil. Eyni zamanda tərəflər hücumlar və zərbələr barədə əvvəlcədən bir-birini məlumatlandıracaq. Tərəflər arasında xüsusi bufer zona yaradılacaq tərəflər 24 saatlıq qaynar xəttə malik olacaqlar.
13:37 22.05.2025
Oxunuş sayı: 814