Axios: “Danışıqlar uğursuz olarsa, İsrail İrana dərhal hücum etməyə hazırlaşır”

İsrail ordusu Tehran və Vaşinqton arasında danışıqların nəticəsiz qalması halında İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır.
Crossmedia.az-ın Axios-a istinadən verdiyi məlumata görə, İsrail kəşfiyyat orqanlarının danışıqların nəticəsi ilə bağlı qiymətləndirməsi son bir neçə gündə dəyişib.
Qeyd olunub ki, əvvəllər davam edən danışıqların razılaşma ilə yekunlaşacağını düşünən bu qurumlar indi danışıqların uğursuzluqla nəticələnməsi və iflasa uğraması ehtimalının daha yüksək olduğuna inanırlar.
12:01 22.05.2025
Oxunuş sayı: 818