Rusiya ilə Ukrayna arasında növbəti danışıqların Vatikanda keçirilməsi gözlənilir

Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi iyunun ortalarında Vatikanda keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti yazıb.
Məlumat görə, ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin rəhbərləri ilə danışığında dövlət katibi Marko Rubionu və xüsusi elçisi Kita Kelloqu Vatikanda keçiriləcək danışıqlara göndərəcəyini bildirib.
Qeyd edək ki, mayın 19-da Rusiya Prezidenti Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıqlardan sonra Putin Moskvanın Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazır olduğunu bildirib.
Xumar Emilqızı
11:50 22.05.2025
Oxunuş sayı: 755