Meksikanın şimal-şərqində dizel zavodunda güclü partlayışlar: yanğın başlayıb, yaralılar var

Meksikanın şimal-şərqində, Nuevo-Leon ştatında yerləşən dizel zavodunda bir neçə güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Hadisə nəticəsində ən azı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, əlavə 11 işçi isə təhlükəsiz əraziyə təxliyə olunub.
Qeyd edək ki, partlayışlargenişmiqyaslı yanğına səbəb olub. İlkin məlumatlara görə, partlayışlar 10 min litrdən çox tutumu olan ən azı 13 yanacaq rezervuarına zərər vurub.
Yanğınsöndürənlər dərhal hadisə yerinə gəlib və yanğını söndürmək üçün işə başlayıblar. Hadisənin səbəbləri araşdırılır, hökumət həm texniki nasazlığı, həm də insan faktoru ehtimalını istisna etmir.
Ekspertlər yanğın nəticəsində ətraf mühitə mümkün zərərin qiymətləndirilməsinə başlayıblar.
Xumar Emilqızı
11:45 22.05.2025
Oxunuş sayı: 824