WSJ: "Tehranın uranı zənginləşdirməkdə israrı nüvə silahına gedən yolu bağlamaqla mübarizədir”

Xarici KİV İran rəsmilərinin nüvə danışıqları prosesindən narazılığını ABŞ prezidenti Donald Trampın düzgün nöqtəyə toxunmasının əlaməti kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki , bu barədə “The Wall Street Journal”-nın redaksiya heyəti öz qeydində bildirib.
Bildirilib ki, heç kim böyük güzəştlərə getməkdən məmnun deyil, ancaq bu, ABŞ və dünyanın İranla real və effektiv razılaşma əldə etmək üçün ehtiyac duyduğu güzəştlərdir.
“İran rəsmiləri diplomatik oyunlar oynamağa davam edirlər, ancaq onlar çox yaxşı bilirlər ki, danışıqlar hələlik Tehranın nüvə proqramını hərbi hücumdan qoruyub və rialın dəyərinin daha da ucuzlaşmasının qarşısını alıb. ABŞ-nin bu təklifi isə həmişəlik masada qalamayacaq”, - deyə, qəzet vurğulayıb.
11:15 22.05.2025
Oxunuş sayı: 833