DƏHŞƏT: Məktəbli uşaqları daşıyan avtobus bombalı hücuma məruz qaldı

Pakistanın Bəlucistan əyalətinin Xuzdar rayonunda məktəbli uşaqları daşıyan avtobus bombalı hücuma məruz qalıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 4-ü şagird olmaqla 5 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Pakistan Daxili İşlər Naziri Möhsün Naqvi hücumu “vəhşilik” adlandıraraq, “Günahsız uşaqlara qarşı yönəlmiş bu mənfur plan ölkədə sabitliyi pozmağa xidmət edir”,- deyə açıqlama verib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) yayımladığı bəyanatda hücumun arxasında Hindistanın dayandığını bildirib.
Açıqlamada “Bu hücum Hindistanın terrorizmdən dövlət siyasəti kimi istifadəsinin növbəti nümunəsidir”,- deyə qeyd olunub.
Pakistan tərəfi bildirib ki, hücumu planlaşdıran şəxslər məsuliyyətə cəlb olunacaq.
Aybəniz Səfərova
03:25 22.05.2025
Oxunuş sayı: 807