Son xəbərdarlıq: İsrail ordusu Qəzzaya hücuma hazırlaşır

İsrail ordusu Qəzzanın şimal bölgələrində genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığını elan edib və mülki əhalini dərhal bölgəni tərk etməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında paylaşdığı açıqlamada, Qəzzanın şimalındakı Gabn, Shayma, Fedus, Menshiye, Şeyx Zayed, Selatin, Karame, Beit Lahiye Project, Zuhur, Tel Zater, Nur, Abdurrahman, Nahda və Cibaliya düşərgəsi kimi ərazilərdə yaşayan fələstinlilərə təcili evakuasiya xəbərdarlığı edib.
Adraee, bu xəbərdarlığın sığınacaq mərkəzlərini də əhatə etdiyini vurğulayaraq, “Bu, hücumdan əvvəl edilən son xəbərdarlıqdır”,- ifadəsini işlədib.
Ordunun sözçüsü mülki vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün cənuba doğru təxliyə olunmalarının zəruri olduğunu bildirib.
Qeyd edək ki, son günlər İsrail ordusu Qəzzanın müxtəlif istiqamətlərində hərbi əməliyyatlarını intensivləşdirib və bölgədəki humanitar vəziyyət daha da ağırlaşıb.
Aybəniz Səfərova
01:46 22.05.2025
Oxunuş sayı: 880