MSF: “Qəzza qəsdən oksigensiz buraxılır, səhiyyə sistemi hədəfdədir”

Sərhədsiz Həkimlər Təşkilatı (MSF), İsrailin davam edən hərbi əməliyyatları və blokadası nəticəsində Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökdüyünü və bölgənin “qəsdən oksigendən məhrum edildiyini” bəyan edib.
Crossmedia.az xəbər verir ki, təşkilatın yaydığı yazılı açıqlamada bölgədəki vəziyyət “dərinləşən humanitar fəlakət” kimi qiymətləndirilib.
Bildirilib ki, hazırda minlərlə insan təcili tibbi yardıma ehtiyac duyur, lakin humanitar yardımın çatdırılması məhdudlaşdırılıb.
“Qəzzaya yardımlar vasitələşdirilib, səhiyyə sistemi atəş altındadır. Qəzza İsrail qüvvələri tərəfindən qəsdən oksigendən məhrum edilir”, – deyə açıqlamada vurğulanıb.
MSF əlavə edib ki, son 11 həftə ərzində İsrail yalnız məhdud miqdarda humanitar yardımın bölgəyə daxil olmasına icazə verib və bu hal “reallığı əks etdirməyən bir aldatma” kimi dəyərləndirilib.
Bəyanatda o da qeyd olunub ki, İsrail hakimiyyəti Qəzzada qəsdən səhiyyə sisteminin məhvinə son qoymalıdır:
“Bu, etnik təmizləmə kampaniyasının əsasını təşkil edir.”
Təşkilat beynəlxalq ictimaiyyəti vəziyyətə dərhal müdaxilə etməyə və Qəzzada səhiyyə infrastrukturunun bərpası üçün təcili tədbirlər görməyə çağırıb.
Ayəbniz Səfərova
02:29 22.05.2025
Oxunuş sayı: 818