Tramp: Zelenski Cənubi Afrikada nə edir?

ABŞ-nin prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə görüş zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin Cənubi Afrikaya səfərinə təəccüblə və özünəməxsus tərzdə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Zelenskiyə zəng vurdum. Onun Cənubi Afrikada olduğunu öyrənəndə soruşdum ki, orada nə bəla axtarır?
Xatırladaq ki, Zelenski 2025-ci il aprelin 24-də Cənubi Afrikaya rəsmi səfər edib. Bu, Ukrayna prezidentinin bu ölkəyə ilk rəsmi səfəri olub.
Lakin səfər Ukraynaya qarşı həyata keçirilən kütləvi raket zərbələri səbəbilə vaxtından əvvəl yarımçıq qalıb. Zelenski təxirəsalınmadan Kiyevə qayıdıb, planlaşdırılan bəzi tədbirləri isə xarici işlər naziri həyata keçirib.
Xumar Emilqızı
23:32 21.05.2025
Oxunuş sayı: 984