Oman: İran və ABŞ Romada danışıqlar masasına oturacaq

İran və ABŞ arasında aparılan dolayısı danışıqların növbəti – beşinci raundu 2025-ci il mayın 23-də İtaliyanın paytaxtı Romada keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Oman xarici işlər nazirliyi məlumat yayıb.
Danışıqların əsas mövzusunun regional gərginlik, nüvə proqramı və sanksiyalarla bağlı məsələlər olduğu bildirilir.
Qeyd edək ki, Oman daha əvvəlki raundlarda da vasitəçi rolunu oynayıb.
Mədinə Cəlilova
22:05 21.05.2025
Oxunuş sayı: 837