Politico: ABŞ G7 bəyanatında Ukraynaya dəstəyi zəiflətməyə çalışır

ABŞ hakimiyyəti G7 sammitinin yekun bəyannaməsində Ukraynaya dəstəyə dair ifadələrin yumşaldılmasına və Rusiyanın işğalının “qanunsuz” adlandırılmasından imtina edilməsinə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico diplomatik mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton bəyanatın mətnində Ukraynaya dəstəyin vurğulanmasının və Rusiyaya qarşı sərt ifadələrin yer almasının danışıqlarda risk yarada biləcəyindən ehtiyat edir.
Qeyd olunur ki, oxşar yanaşma əvvəlki Tramp administrasiyası dövründə də müşahidə olunmuşdu. Həmin vaxt da ABŞ tərəfi bəyanatlarda münaqişəyə dair sərt formulalara qarşı çıxırdı.
G7 sammitinin yekun sənədində hansı ifadələrin yer alacağı hələlik yekunlaşmayıb.
Mədinə Cəlilova
04:36 22.05.2025
Oxunuş sayı: 824