Estoniyada NATO Rusiya hücumuna qarşı təlimlərə başladı

Estoniyada NATO-nun “Spring Storm” (Bahar Fırtınası) adlı genişmiqyaslı hərbi təlimləri başlayıb. Təlimlərdə alyansa üzv ölkələrdən, o cümlədən Böyük Britaniya, Fransa və Finlandiyadan təxminən 16 min hərbçi iştirak edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Təlimlərin əsas məqsədi Rusiyanın Baltikyanı ölkələrə mümkün hücum ssenarisini modelləşdirmək və müdafiə tədbirlərini məşq etməkdir. Bu, NATO-nun regiondakı təhlükəsizliyi təmin etmək məqsədilə keçirdiyi ən iri təlimlərdən biri hesab olunur.
Nigar Rəhimova
21:49 21.05.2025
Oxunuş sayı: 795