Prezidentin müşaviri İspaniyada qətlə yetirilib

İspaniyada Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnovun qətlə yetirildiyi bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Portnov Avromaydan hadisələri zamanı etirazçılara qarşı repressiyaların hüquqi əsaslarının hazırlanmasında iştirak etməkdə ittiham olunurdu. O, bu fəaliyyətinə görə Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalmış və qara siyahıya salınmışdı. Daha sonra bəraət qazansa da, Ukrayna xüsusi xidmət orqanları onun Rusiya ilə mümkün əlaqələrinə dair araşdırma aparırdı.
Portnov Ukraynanın Avro-Atlantik inteqrasiyasına qarşı çıxışı ilə tanınırdı. Maydan hadisələrindən sonra əvvəlcə Rusiyaya, ardınca isə Avstriyaya mühacirət etmişdi. Bildirilir ki, onun ailəsi Rusiya Federasiyasında bir neçə dəbdəbəli daşınmaz əmlak əldə edib.
Hazırda hadisə ilə bağlı rəsmi istintaq davam etdirilir.
Mədinə Cəlilova
19:11 21.05.2025
Oxunuş sayı: 1037