ABŞ Hərbi Hava Qüvvələri döyüş hazırlığına dair hesabat qaydalarını dəyişir

ABŞ Hərbi Hava Qüvvələrinin Döyüş Komandanlığı (Air Combat Command – ACC) aviaparkın döyüş hazırlığını izləmək və qiymətləndirmək metodikasını dəyişir. Yeni yanaşma, təyyarələrin texniki vəziyyətinin daha sadə və praktiki şəkildə qiymətləndirilməsinə yönəlib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Yeni sistem RIM (Readiness Informed Metrics) adlanır və üç əsas göstəriciyə əsaslanır:
-Ümumi təyyarə sayı;
-Döyüş tapşırıqlarını yerinə yetirmək üçün tələb olunan təyyarə sayı;
-Bu tapşırıqları yerinə yetirmək üçün hazır olan təyyarələrin sayı.
Bu yeni metodika komandanlığın qüvvə yerləşdirmə qabiliyyətini strateji səviyyədə anlamağa yardım edir.
Əvvəllər Hərbi Hava Qüvvələri çoxsaylı texniki və hazırlıq göstəricilərini izləyirdi. Bir çox məlumat ictimaiyyətə açıqlanırdı. Digər detallı texniki göstəricilər isə məxfi saxlanılırdı. RIM sisteminə əsaslanan məlumatlar tamamı ilə gizli olacaq.
16:40 21.05.2025
Oxunuş sayı: 438