İran sahillərində BƏƏ-yə məxsus tanker ələ keçirilib

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey BƏƏ ilə əlaqəsi olan Panama bayraqlı neft tankerinin qaçırılması ehtimalı barədə xəbər verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, hadisə İranın Casək limanından təxminən 51 dəniz mili şimal-qərbində baş verib. Bildirilib ki, gəmi qaçırıldığını bildirən təcili qəza siqnalı göndərib.
Gəminin İranın beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması” ilə əlaqəli olduğu qiymətləndirilib.
16:30 21.05.2025
Oxunuş sayı: 520