ABŞ-dan Suriya ilə bağlı xəbərdarlıq: Sanksiyalar azaldılmasa, daxili qarşıdurma riski var

ABŞ Konqresində Suriya ilə bağlı müzakirələr zamanı dövlət katibi Marko Rubionun səsləndirdiyi fikirlər bəziləri tərəfindən kontekstdən çıxarılıb. O, çıxışı zamanı Suriya üçün mümkün təhlükələrə diqqət çəkərək, vəziyyətin ağırlaşmaması üçün beynəlxalq birliyin iştirakı və ABŞ-ın siyasətində dəyişikliklərin vacibliyini vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Rubio heç vaxt Suriyada vətəndaş müharibəsinin labüdlüyünü deməyib. O, sadəcə xəbərdarlıq edib ki, əgər beynəlxalq ictimaiyyət bu prosesə müdaxilə etməzsə və sanksiyalar yüngülləşdirilməzsə, ölkədə daxili qarşıdurma riski arta bilər. Dövlət katibi əlavə edib ki, ABŞ-ın prosesə daha fəal şəkildə qoşulması və mövcud sanksiyaların bir qisminin ləğvi, Suriyanın gələcək inkişafı üçün alternativ ssenarilər təqdim edə bilər.
Rubionun çıxışı ümumilikdə ölkədə sabitliyin qorunmasına çağırış kimi qiymətləndirilib. Onun fikirləri Suriyanın gələcəyi ilə bağlı pessimist yanaşma yox, əksinə, beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan bir mövqe kimi dəyərləndirilir.
Fatimə Nəbiyeva
10:53 21.05.2025
Oxunuş sayı: 708