Rubio: "ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb"

"Birləşmiş Ştatlar Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni yardım paketlərinin formalaşdırılması mümkünlüyü barədə qərar yoxdur".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio danışıb.
"ABŞ və müttəfiqləri Patriot sistemlərinin Ukraynaya ötürülməsi üzərində işləyirlər, lakin hətta öz ehtiyacları üçün belə çatışmazlıq yaşayırlar.
ABŞ-ın heç bir NATO müttəfiqi Patriot sistemlərini Ukraynaya ötürmək istəmir.
ABŞ etiraf edir ki, Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz və bu, danışıqlarla yekunlaşmalıdır.
Birləşmiş Ştatlar hesab edir ki, Ukraynadakı münaqişə Qərbin diqqətini və resurslarını Asiyada “daha böyük təhlükələr”-dən yayındırır.
Ukraynadakı münaqişənin həlli ilə bağlı əsas problem odur ki, Rusiya indi sahib olmadığı və haqqı olmayan, Ukrayna isə hərbi yolla geri ala bilməyəcəyi bir şeyi istəyir. Problemin mahiyyəti budur".
10:15 21.05.2025
Oxunuş sayı: 744