Rubio: "ABŞ İrana qarşı sanksiyaları davam etdirəcək"

Bu barədə ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı Senatın Xarici Əlaqələr Komitəsində çıxış edərkən deyib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Rubio bildirib ki, ABŞ-ın sanksiyaları İslam Respublikası ilə razılıq əldə olunana qədər davam edəcək.
Rubio deyib: "Razılıq əldə olunana qədər sanksiyaları davam etdirəcəyik; və həmçinin İranın terrorizmə dəstəyi və buna bənzər məsələlərlə bağlı bir sıra sanksiyalar var. Amma nüvə proqramı ilə bağlı razılıq əldə olunana qədər sanksiyalar davam edəcək. Prezident maksimum təzyiq kampaniyası ilə bağlı sərəncam verib və o sərəncam hər gün tam icra olunur. Biz bu danışıqlarda olduğumuz müddətdə bu proses nə ləngidilib, nə də dayandırılıb".
10:08 21.05.2025
Oxunuş sayı: 775