Tramp Netanyahudan müharibəni bitirməsini istəyib

ABŞ prezidenti Donald Tramp Qəzza müharibəsindən məyus olub və Netanyahudan müharibəni bitirməsini istəyib.
Crossmedia.az bu barədə "Axios"-a istinadən xəbər verir.
Qeyd olunur ki, Tramp ötən həftə Yaxın Şərqə səfərini uğurlu hesab edir, lakin prezidentin sözlərinə görə, Qəzzadakı münaqişə onun regionda “planlarını həyata keçirməsinə mane olur”.
ABŞ prezidenti həmçinin İsrailə Fələstin anklavına humanitar yardımın çatdırılmasını bərpa etməsi üçün təzyiq edib.
10:03 21.05.2025
Oxunuş sayı: 587