Zelenskiyə sui-qəsd hazırlanıb: Polşada rus agentinə qarşı ittiham irəli sürülüb

Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanmasında əli ola biləcək şəxs Polşada mühakimə olunacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, şübhəli Pavel K. 2024-cü ilin aprelində Polşa və Ukrayna prokurorlarının əməkdaşlığı nəticəsində saxlanılıb. İndi onu 8 ilə qədər həbs gözləyir.
Polşa prokurorları iddia edir ki, şübhəli şəxs Rusiya hərbi kəşfiyyatının maraqlarına uyğun hərəkət etməyə hazır olduğunu bəyan edib və Ukraynaya qarşı müharibədə bilavasitə iştirak edən ruslarla əlaqə yaradıb.
09:31 21.05.2025
Oxunuş sayı: 569