Zelenski Rusiya ilə birbaşa danışıqlara hazır olduğunu bildirib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə gələcək birbaşa danışıqlara hazır olduğunu bəyan edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Zelenski bildirib ki, Ukrayna və tərəfdaşlar Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə dünənki söhbətin təfərrüatlarını və ideyalarını müzakirə ediblər. Onun fikrincə, Amerikanın sülhün yaxınlaşması prosesinin iştirakçısı olmaqda davam etməsi vacibdir.
"Biz tərəfdaşlarla ruslarla növbəti görüşlər - Ukraynanın tamamilə hazır olduğu və nəticə verəcək istənilən formatda birbaşa danışıqlar barədə danışırıq. Bizə kömək edən hər kəsə minnətdaram", - Zelenski bildirib.
09:21 21.05.2025
Oxunuş sayı: 524