Suriya Aİ-nin sanksiyaların ləğvi qərarını “tarixi addım” adlandırdı

Suriya Xarici İşlər Nazirliyi Avropa İttifaqının ölkəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməsini “tarixi addım” kimi dəyərləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qurumun açıqlamasında bu qərarın Suriya-Avropa münasibətlərində yeni bir mərhələnin başlanğıcı olduğu vurğulanıb.
Bildirilir ki, sanksiyaların aradan qaldırılması Avropada yaşayan suriyalılara vətənə qayıdış və yenidənqurmada iştirak imkanı yaradacaq.
Suriya hökuməti isə Avropa şirkətləri və investorları ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Aİ 2025-ci ilin fevralında Suriyaya qarşı bankçılıq, enerji və nəqliyyat sektorlarını əhatə edən sanksiyaları dayandırmaq qərarı vermişdi.
00:34 21.05.2025
Oxunuş sayı: 553