İspaniya parlamentindən sərt mesaj: “İsrailə dəbilqə belə göndərilməsin”

İspaniya parlamenti İsrailə silah ixracının məhdudlaşdırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qəbul olunan sənəddə İsrail ordusunu gücləndirə biləcək bütün hərbi avadanlıqların və resursların ixracına qadağa qoyulması təklif olunur.
Parlamentin qəbul etdiyi sənəddə silah və sursatlarla yanaşı, hərbi məqsədli yanacaq, dəbilqə, gülləkeçirməz jilet və digər avadanlıqların da İsrailə göndərilməsinin dayandırılması tövsiyə edilib.
Sənəd tövsiyə xarakteri daşısa da, rəsmi Madridin İsrailə qarşı mövqeyində sərt xəttə keçməsinin göstəricisi kimi dəyərləndirilir.
Bu addım xüsusilə Qəzza zolağında davam edən münaqişə fonunda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Aybəniz Səfərova
23:50 20.05.2025
Oxunuş sayı: 683