Zelenski: “Rusiyaya qarşı sanksiyalar davam etməlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 17-ci sanksiyalar paketini alqışlayıb.
Crossmedia.az xəbər verir ki, o bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.
Zelenski bildirib ki, bu sanksiyalar Rusiyanı sülhə məcbur etmək üçün vacibdir:
“Bu, düzgün istiqamətdə atılmış addımdır. Rusiyanın nefti, tanker donanması, enerji infrastrukturu, bankları, maliyyə sxemləri və hərbi sənayesi sanksiyaların hədəfi olmalıdır”.
Zelenski İngiltərəyə də yeni sanksiya qərarına görə təşəkkür edib və ABŞ-la əməkdaşlığın davam etdiyini qeyd edib.
“Məqsəd – Putinin müharibənin bitdiyi barədə yalan danışmasına imkan verməməkdir. Biz etibarlı sülhə zəmanət verəcəyik və bir gün belə dayanmayacağıq”, – deyə Ukrayna Prezidenti bildirib.
21:29 20.05.2025
Oxunuş sayı: 1026