Bu ölkədə dəhşətli zəlzələ baş verdi

Papua Yeni Qvineyanın sahil sularında 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Şərqi Sepik vilayətinin Anqoram şəhərindən 81 kilometr şimal-şərqdə, yer səthindən təxminən 10 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Təbii fəlakətdən sonra sunami təhlükəsi elan edilməyib. Hadisə nəticəsində can və ya mal itkisi barədə indiyədək hər hansı məlumat verilməyib.
Rəsmilər bölgədəki vəziyyəti nəzarətdə saxladıqlarını, zərərçəkənlər barədə dəqiq məlumatların araşdırıldığını bildiriblər.
21:18 20.05.2025
Oxunuş sayı: 496