Aİ liderləri Trampı Ukrayna danışıqlarında qalmağa razı salmağa çalışır

Bu gün Avropa İttifaqı və Ukrayna liderləri, eləcə də təhlükəsizlik xidmətlərinin yüksək rütbəli nümayəndələri arasında bir sıra telefon danışıqları və görüşlər baş tutub.
Crossmedia.az xəbər verir ki, görüşlərin əsas mövzusu ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı danışıqlardan çəkilməsinin qarşısını almaq olub.
Financial Times-ın məlumatına görə, tərəflər ABŞ-ın iştirakı olmadan Rusiyaya qarşı tətbiq oluna biləcək yeni sanksiyalar paketini, eyni zamanda Vaşinqtonu atəşkəs səylərini davam etdirməyə inandırma yollarını müzakirə ediblər.
Ukraynalı yüksək rütbəli rəsmilərdən birinin bildirdiyinə görə, Kiyev Trampın danışıqlardan geri çəkilmək niyyətində olduğunu açıq şəkildə hiss edir.
Avropa İttifaqı rəhbərliyi bu vəziyyətdə Vaşinqtonun geosiyasi rolu və Transatlantik həmrəyliyin qorunmasının vacibliyini bir daha vurğulayır.
20:17 20.05.2025
Oxunuş sayı: 568