İran XİN: “ABŞ-ın məntiqsiz mövqeyi ilə qarşılaşırıq”

İranın xarici işlər naziri Abbas Əraqçı İslam Respublikasının uranı zənginləşdirmək hüququnun danılmaz olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə ABŞ rəsmilərinin son bəyanatlarını şərh edərkən bildirib.
“Hazırda amerikalıların əsassız və məntiqsiz mövqeyinin şahidi oluruq. Uranın zənginləşdirilməsi məsələsi müzakirə mövzusu deyil və mən son bir neçə gündə bu məsələ ilə bağlı konkret cavab vermişəm. İranın ali rəhbəri də bu istiqamətdə tam aydın göstəriş verib”, – deyə Əraqçı vurğulayıb.
19:45 20.05.2025
Oxunuş sayı: 447