Rusiya XİN-dən İrəvandaki rusofob plakatlara sərt reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanda yerləşdirilmiş rusofob plakatlara münasibət bildirib. O, ABŞ səfirliyini Rusiya-Amerika münasibətlərini möhkəmlətmək əvəzinə, Rusiya-Ermənistan əlaqələrini sarsıtmaqda günahlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Zaxarova qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfirliyində təxminən 2 min nəfər çalışır və onların bəzilərinin USAID-dən ayrılan maliyyəni hələ də istifadə etdiyi üçün belə layihələrə sərmayə qoyduqları görünür. O, bu aksiyanı maliyyələşdirilmiş və dünyanın müxtəlif yerlərində tətbiq olunan kampaniya adlandırıb.
Rusiya rəsmisi əlavə edib ki, Ermənistanla münasibətlərdə geniş və konkret işlər görülür, lakin bəzi azlıqlar bundan narazıdır. Buna baxmayaraq, Moskva konstruktiv və pozitiv dialoqa üstünlük verir.
Nigar Rəhimova
18:39 20.05.2025
Oxunuş sayı: 545