Tramp: “F-55 adlı yeni döyüş təyyarəsi hazırlayırıq”

Biz sadə bir modernləşdirmə edirik, amma eyni zamanda F-55 adlandıracağım yeni bir təyyarə hazırlayırıq. Bu, böyük bir yenilənmə olacaq. F-35-in bir mühərriki var, bu mənim xoşuma gəlmir. F-55 isə iki mühərrikli olacaq.”
Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir ki , bu sözləri ABŞ prezidenti Donald Tramp söyləyib.
“Əgər yaxşı nəticə ala bilsək, F-55 iki mühərrikli və F-35-in çox müasirləşdirilmiş versiyası olacaq. Sonra isə F-22 təyyarəsi ilə məşğul olacağıq. Fikrimcə, dünyanın ən gözəl döyüş təyyarəsi F-22-dir. Amma biz onun da müasir versiyasını – ‘F-22 Super’i hazırlayacağıq. Çox müasir bir versiya olacaq və bu işə tezliklə başlayacağıq.”- deyə ABŞ prezidenti qeyd edib.
17:30 20.05.2025
Oxunuş sayı: 460