İran XİN: “Nüvə danışıqlarının növbəti raundu ilə bağlı təklif alınıb”

Bu gün İranın xarici işlər nazirinin hüquq məsələlər üzrə müavini Kazım Qəribabadi Tehran-Vaşinqton arasındakı nüvə danışıqlarının növbəti raundu ilə bağlı ABŞ-dən təklif alındığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Biz İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu ilə bağlı təklif almışıq və bu təklif hazırda nəzərdən keçirilir”, - deyə, Qəribabadi vurğulayıb.
Qeyd edək ki, daha öncə Qərb mətbuatı nüvə danışıqlarının beşinci raundunun bu həftəsonu Romada keçirilə biləcəyini yazıb.
13:18 20.05.2025
Oxunuş sayı: 631