İbrahim Rəisinin ölümünün sirləri: sui-qəsd, siyasi təxribat, yoxsa qəza?

Bir il öncə mayın 19-da İranın keçmiş prezidenti İbrahim Rəisi və nümayəndə heyətini daşıyan helikopter Şərqi Azərbaycan dağlarında qəzaya uğrayıb. Helikopterdə olanların hamısı həlak olub.
Crossmedia.az “Deutsche Welle”-yə istinadən xəbər verir ki, qəza ilə bağlı rəsmi versiya pis hava şəraiti və sıx dumanın olmasıdır. Ancaq bir çox ziddiyyətlər və qeyri-müəyyənliklər alternativ versiyalara, yəni siyasi təxribata, İsraili sui-qəsd cəhdinə və əşyalarını helikopterə qoyub son anda başqa helikopterlə gedən İranın keçmiş yol və şəhərsalma nazirinin müəmmalı addımlarına səbəb olur.
Bəzi iranlı millət vəkilləri birbaşa İsrail və ABŞ-ni ittiham edir, ancaq hakimiyyət bu cür versiyaların yayılmamasını tələb edir. İctimaiyyət və ziyalıların bir hissəsi hələ də rəsmi versiyaya şübhə ilə yanaşır.
13:13 20.05.2025
Oxunuş sayı: 1422