Tramp Ukrayna müharibəsini dayandırmağa çalışır

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Ukrayna ilə bağlı aparılan danışıqlar çıxılmaz vəziyyətə düşüb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin münaqişədən necə çıxacağını bilmir, dəqiq strategiyaya malik deyil və sülh istəyib-istəmədiyi də aydın deyil.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Vensin fikrincə, prezident Donald Tramp Putinə sülh qarşılığında iqtisadi güzəştlər və Qərblə münasibətlərin bərpasını təklif edə bilər. Tramp bu müharibənin uzanmasından bezdiyini və atəşkəsə nail olmaq istədiyini bildirib. Məlumata görə, o artıq Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb və daha sonra Putinlə də telefon danışığına başlayıb.
Rusiya danışıqlar üçün bir neçə tələb irəli sürüb: Ukrayna qoşunlarının dörd vilayətdən çıxarılması, Qərbdən hərbi yardımın dayandırılması və Kiyevin hərbi səfərbərlikdən imtina etməsi. Vaşinqtonda isə Trampın Putini bu tələbləri yumşaltmağa inandıra biləcəyinə ümid edirlər.
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Tramp və Putin arasında hələlik şəxsi görüş planlaşdırılmır. Onun sözlərinə görə, sülhə nail olmaq üçün uzunmüddətli və ciddi işlər görülməlidir.
Fatimə Nəbiyeva
21:26 19.05.2025
Oxunuş sayı: 1154