19 May: Milli ruhun alovlandığı gün

Türkiyə Cümhuriyyətinin lideri Mustafa Kamal Atatürkün 19 May 1919-cu ildə Bandırma gəmisi ilə Samsuna çıxaraq Türk Milli Mübarizəsinin ilk addımını atmasının 106-cı ildönümü qeyd olunur. Eyni zamanda, 87 ildir rəsmi bayram statusuna malik “Atatürkü Anma, Gənclik və İdman Bayramı” böyük coşqu ilə keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Atatürk bu tarixi günü “millətin doğum günü” və “öz ruhunun doğum günü” kimi dəyərləndirmiş, gəncliyin və idmanın Türkiyənin inkişafındakı rolunu xüsusi vurğulamışdır. İlk mərasimlər 1926-cı ildə “Qazi Günü” adı ilə Samsunda başlayıb, 1935-ci ildə “Atatürk Günü”, 1938-ci ildə “19 Mayıs Gənclik və İdman Bayramı”, 1981-ci ildə isə “Atatürkü Anma” əlavəsi ilə indiki tam adı qazanıb.
Səhər Anıtkabir önündə keçirilən rəsmi anım mərasimində dövlət rəsmiləri və hərbi qulluqçular Atatürk abidəsinə çələng qoyub. Gün ərzində gənclər arasında idman yarışları, velosiped yürüşləri və mədəni-kütləvi tədbirlər təşkil olunub. Tələbələr “Gənclərə Ünvan” səsləndirərək Atatürk’ün gəncliyə inamını yenidən canlandırıblar.
Prezident çıxışında 19 Mayısın milli həmrəylik və dövlətçilik ruhunun simvolu olduğunu, gənclərin ölkənin gələcəyini təmin edəcəyini vurğulayıb. “Bütün ümidimiz gənclikdədir” kəlamının bu gün də rəhbər ilham mənbəyi olduğuna diqqət çəkib.
Nigar Rəhimova
17:45 19.05.2025
Oxunuş sayı: 820