Kremlin sözçüsü: Putin və Trampın görüşü onların qərarından asılı olacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən görüşün baş tutması liderlərin qərarından asılı olacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, görüş planı prezidentlərin hansı vaxtı müəyyən etməsindən asılı olacaq: “Plan onların özlərinin nə qərar verəcəyindən asılı olacaq. İki prezident qərar verir”.
Peskov həmçinin qeyd edib ki, belə bir görüşün keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq aparılmalıdır: “Prezidentlərin görüşü nəticə verməlidir. Amma bunun üçün görüş yaxşı hazırlanmalıdır”.
Qeyd edək ki, Donald Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, iki liderin telefon danışığı və ya birbaşa görüşü məsələsinin aktuallaşacağı gözlənilir.
Zəhra Ağayeva
17:30 19.05.2025
Oxunuş sayı: 846