Ötən il dövlət qeydiyyatına alınan daşınmaz əmlakların sayı açıqlanıb

"Tikinti sektorunda söküntü problemləri qalmaqdadır. Tikinti maraqlı və pullu sahədir, burada hamının marağı var”.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Tikinti İstehlakçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev Sosial Tədqiqatlar Mərkəzində Bakı şəhərinin mənzil fonduna dair keçirilən elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, bu sahədə çalışan çoxsaylı şirkətlərin söküntü işləri ilə bağlı ciddi problemləri qalmaqdadır: “Burada əyləşən həmkarlarımızın 90 faizinin söküntü ilə bağlı problemi var. Bu, ümumi sistemli məsələdir və bununla bağlı konkret addımlar atılmalıdır”.
Tədbirdə daşınmaz əmlakın dövlət kadastrı və hüquqların qeydiyyatı, ünvan reyestrinin aparılması sahəsində statistik rəqəmlərə də toxunulub.
Qeyd olunub ki, 2023-cü ildə ölkə üzrə 477 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb. 2024-cü ildə isə bu rəqəm 100 min azalaraq 378,5 minə düşüb.
Həmayıl Şükürlü
15:12 19.05.2025
Oxunuş sayı: 569