Rusiya Hərbi Dəniz Donanmasının bütün donanma tərkibində dron sistemləri üzrə dəniz polkları yaradılacaq

Bu bölmələr kəşfiyyat və zərbə əməliyyatlarını yerinə yetirəcəklər. Yeni polkların maddi-texniki bazasını müxtəlif avtonom sistemlər təşkil edəcək. Bunlara pilotsuz uçuş aparatları , quru robot texnikası kompleksləri, pilotsuz qayıqlar və pilotsuz sualtı aparatları daxildir.
Bu cür bölmələrin ayrıca qoşun növü kimi yaradılması planları ilk dəfə 2023-cü ilin dekabrında müdafiə naziri tərəfindən açıqlanmışdı. Formalaşma prosesi 2025-ci ilin III rübündə başa çatacaq.
Yeni qoşun növünün ilk rəsmi təqdim olunan bölməsi isə bu il Moskvada Qələbə Paradında təqdim edilən 7-ci əlahiddə polk olub.
Bundan əlavə, 2025-ci ildən etibarən Hərbi Dəniz Donanmasının ali təhsil müəssisələrinin tədris proqramına PUA-ların tətbiqinə dair kurs da daxil edilib.
14:30 16.05.2025
Oxunuş sayı: 498