ABŞ İrandan tələb etdi: "Husilər, Həmas və Hizbullahla əlaqələri kəsin"

ABŞ administrasiyası İranla aparılan danışıqlar çərçivəsində Tehrana xüsusi həll paketi təqdim edib.
Crossmedia.az xarici mətbuata xəbər verir ki, təklif İranın xarici işlər naziri Abbas Araqçi tərəfindən ölkənin ali dini lideri Ayətullah Əli Xameneiyə təqdim olunub.
Pakətə əsasən, İran zənginləşdirdiyi uranı 30 faiz səviyyəsinə endirəcək, nüvə enerjisindən yalnız mülki məqsədlərlə istifadə edəcək və raket proqramını məhdudlaşdıracaq.
Bundan əlavə, Tehran Husilər, Həmas və Hizbullahla bütün əlaqələrini kəsəcək və İsraillə normallaşma prosesinə başlayacaq.
Əvəzində ABŞ İranın üzərinə tətbiq olunan sanksiyaları ləğv edəcək və ölkəyə mülki və hərbi investisiyaların yatırılmasına imkan yaradacaq. Təklifə əsasən, İran Yaxın Şərqdə formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasında da manevr etmək hüququ qazanacaq.
Məlumata görə, Xamenei qərarını Moskvada Rusiya prezidenti Vladimir Putinlə müzakirələrdən və Çinlə aparılan təmaslardan sonra açıqlayacaq.
18:30 15.05.2025
Oxunuş sayı: 663