ABŞ nümayəndələri Rusiya-Ukrayna danışıqları üçün İstanbula gedir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda iştirak etmək məqsədilə İstanbula yola düşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Danışıqların məqsədi bölgədə sülh və sabitliyin təmin olunması, eləcə də tərəflər arasında gərginliyin azaldılması üçün diplomatik imkanların dəyərləndirilməsidir.
Pərvin Hacıyeva
19:05 13.05.2025
Oxunuş sayı: 710