Aİ Rusiya ilə bağlı yeni sanksiyalar üçün İstanbul danışıqlarını gözləyəcək

Avropa İttifaqı Ukrayna ilə bağlı danışıqların nəticələrini gözləmək niyyətindədir və yalnız bundan sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Aİ liderləri Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan görüşün mümkün nəticələrini gözləməyə razıdırlar.
Qeyd olunub ki, əgər danışıqlar baş tutmasa və ya Rusiya atəşi dərhal və qeyd-şərtsiz dayandırmağa razı olmasa, Avropa liderləri ABŞ Prezidenti Donald Trampa Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməsi üçün çağırış edəcəklər.
Fatimə Məmmədova
12:50 13.05.2025
Oxunuş sayı: 653