ABŞ PKK-nın ləğvini alqışladı: “Türkiyənin yanındayıq”

ABŞ PKK-nın özünü buraxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi məsələ ilə bağlı yaydığı açıqlamada bu qərarı “dönüş nöqtəsi” adlandırıb:
“Terror qruplarının silahı yerə qoyması hər zaman sivilizasiyanın qələbəsidir. PKK-nın ləğvi ilə bağlı qərar dönüş nöqtəsidir. ABŞ davamlı sülh və təhlükəsizliyə doğru addımlayan Türkiyənin yanındadır. Sivil dünyada terrorun gələcəyi yoxdur”, - deyə qeyd olunub.
Həmçinin açıqlamada, Vaşinqtonun Ankaraya dəstəyi ifadə edilib.
22:13 12.05.2025
Oxunuş sayı: 987