ABŞ Ukraynanın yeraltı sərvətlərinə çıxış əldə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.
"Sazişin ratifikasiyası fonda tam şəkildə işə başlamağa imkan verəcək. Bu, təkcə maliyyə dəstəyi ilə bağlı deyil, həm də strateji tərəfdaş olan ABŞ tərəfindən yeni etimadın yaradılması ilə bağlıdır. Bu, Ukraynanın bərpası, inkişafı və iqtisadi dayanıqlığı istiqamətində növbəti praktiki addımdır", - məlumatda deyilir.
Qeyd edək ki, mayın 1-də Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı saziş imzalayıb. Daha sonra isə Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib.
21:55 12.05.2025
Oxunuş sayı: 977