İsrail prezidentinə Almaniyada sərt etiraz: Qəzzada soyqırıma son qoyun!


İsrail Prezidenti İsaak Hersoqun Berlində rəsmi səfəri etiraz aksiyası ilə müşayiət olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatının təşkilatçılığı ilə keçirilən aksiyada bir qrup nümayişçi Almaniya Kanslerliyinin qarşısında toplaşaraq Hersoqun səfərinə etiraz edib.
Aksiya iştirakçıları Qəzzada baş verənlərə görə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını bildiriblər.
Etirazçılar “Qəzzada soyqırıma son qoyulsun”, “Beynəlxalq hüquqa hörmət edin” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçısı Sofi, İsrail prezidentinin Almaniyaya səfərini “qeyri-münasib zamanlama” kimi dəyərləndirib və Almaniya hökumətini Qəzzadakı vəziyyətlə bağlı daha açıq mövqe sərgiləməyə çağırıb.
O, həmçinin Almaniyanın Tel-Əvivə silah tədarükünü dayandırmasını və Qəzzaya humanitar yardım üçün sərhədlərin açılmasını tələb edib.
Qeyd edək ki, İsrail Prezidenti səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, kansler Fridrix Merz və Bundestaq sədri Yuliya Klöknerlə görüşlər keçirəcək.
Aybəniz Səfərova
19:59 12.05.2025
Oxunuş sayı: 1442